İsrail Müdafiə Qüvvələri HƏMAS-ın komandirlərindən birini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri ötən gecə Qəzza zolağında HƏMAS-ın şimal briqadasının "Beyt-Lahiya" batalyonunun komandiri Nəsim Əbu Ajinanı zərərsizləşdirib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əbu Ajina bundan əvvəl HƏMAS-ın hava qüvvələrinə rəhbərlik edib, həmçinin, pilotsuz uçuş aparatlarının və paraplanların istifadəsi üzrə layihələrin hazırlanmasında iştirak edib.

Qeyd edilib ki, Nəsim Əbu Ajinanın zərərsizləşdirilməsi HƏMAS-a ciddi zərbə olacaq. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31