Kanadanın saxta "erməni sevgisinin" arxasında Türkiyə dözümsüzlüyü dayanır - ÖZƏL
31 Oktyabr 2023 11:46 Dünya"Kanadanın saxta "erməni sevgisinin" arxasında Türkiyə dözümsüzlüyü dayanır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Kanadanın erməni sevgisinin səbəbləri barədə danışarkən səsləndirib. O bildirib ki, Ottava əslində Azərbaycanın harda yerləşməsini belə bilmirdi:
"Ola bilsin ki, sadəcə adını eşitmişdi. O da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildiyi üçün. Onda Ermənistana gəlməyə ehtiyac yox idi. Niyə də gəlməli idiki? Ermənistan "haqlı olaraq" hansısa türk dövlətinin ərazisini əlindən almışdı. Bu, normal hal idi. Kanada da vaxtı ilə hindu aborigenlərin əlindən torpaqlarını alıb, uşaqlarını da açdığı məktəblərin altında öldürüb basdırmışdı Şimali Amerikada. İndi bu durumda bunlardan başqa münasibət gözləməyin özü sadəlövhlük olardı".
Azər Qasımov deyib ki, Ottavanın əslində blef etdiyi açıq görünür:
"Əvvəla onların Azərbaycan və Türkiyəyə təzyiq etmək gücləri və mexanizmləri yoxdur. Kanada Türkiyəyə də bəzi hərbi avadanlıqların satışına qadağa qoymuşdu. Bayraktar insansız uçuş aparatlarının istehsalı üçün. Türkiyə onlardan da yaxşı həmin optik cihazların yaxşısını istehsal etdi. Sonra məcbur olub qadağanı ləğv etdilər, amma artıq gec idi".
Azər Qasımov deyib ki, Paris və Ottavanın məqsədi Ermənistanı tamamilə boşaltmaqdır:
"Bunun başqa adı yoxdur. Azərbaycan və Türkiyə ilə münaqişə Ermənistan adlı ərazinin boş coğrafiyaya çevrilməsi deməkdir. Boş coğrafiyanın da yiyə duranı çox olar. Niyə də bunlar Azərbaycan və Türkiyə olmasın. Qoy belə davam etsinlər. Tarix və reallıqlar hər şeyi yoluna qoyacaq".