Netanyahu İsrailin atəşkəsə razı olmayacağını bildirib

İsrail atəşkəsə razı olmayacaq, çünki HƏMAS-la mübarizədə məğlubiyyət demək olar.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin "The Wall Street Journal" qəzetində deyib.

"Atəşkəsə çağırış HƏMAS qarşısında, terrorizm qarşısında, barbarlıq qarşısında məğlubiyyətə çağırışdır", - o deyib.

Bundan başqa, Netanyahu "sivil ölkələr"i İsraili dəstəkləməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

"Al Jazeera" tərəfindən yayılan məlumata görə, İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatlarında ölənlərin sayı 8306 nəfərə çatıb, onların 3457 nəfərinin uşaq olduğu bildirilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31