Çay istehsalçılarına dövlət dəstəyi veriləcək - ÖZƏL
31 Oktyabr 2023 10:35 DünyaBu gündın etibarən Türkiyədə çay istehsalçılarına dövlət dəstəyinin verilməsinə başlanacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı verib. Nazir bildirib ki, fermerlərə 1 milyard 763 milyon lirə dəstək ödənişi ediləcək. İbrahim Yumaklının sözlərinə görə, çay istehsalçılarına dövlət dəstəyi davamlı xarakter daşıyır. Bu günə qədər istehsalçıya 4 milyard 654 milyon lirə ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31