Əgər HƏMAS-la atəşkəs olarsa... - Netanyahu
31 Oktyabr 2023 10:25 Dünyaİsrail Qəzzada atəşkəslə razılaşmayacaq.
Olaylar.az bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi brifinqdə bildirib.
Netanyahu hesab edir ki, atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir:
"Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından sonra və ya 11 Sentyabrda atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş vermiş dəhşətli hücumdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq".
Qeyd edək ki, Yaxın Şərqdə müharibə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə irimiqyaslı raket zərbəsi endirməsindən və HƏMAS döyüşçülərinin sərhədyanı ərazilərə daxil olmasından sonra başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31