Yaponiya “HƏMAS” rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq etdi

Yaponiya hökuməti Fələstinin HƏMAS radikal qruplaşması ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məhdudiyyətlər radikal hərəkata sponsorluq edən fiziki şəxslərin və şirkətlərin maliyyə aktivlərinin dondurulmasından ibarətdir.

Yaponiya hökuməti həmçinin, maliyyələşməsinin qarşısını almaq üçün "HƏMAS"ın doqquz liderinin aktivlərinin dondurulması qərarına baxacaq. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31