BMT: Qəzza zolağında öldürülənlərin 70%-i qadın və uşaqdır
31 Oktyabr 2023 10:04 DünyaFələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən Qəzza zolağında öldürülənlərin təxminən 70%-ni qadınlar və uşaqlar təşkil edir.
Olaylar.az bildirir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.
"Qəzza zolağında həlak olanların təxminən 70%-i qadın və uşaqlardır. 3 həftə ərzində anklavda təxminən 3,2 min uşaq öldürülüb" - Lazzarini bildirb.
BMT rəsmisinin sözlərinə görə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmağa çalışdığı kilsələr, məscidlər, xəstəxanalar və UNRWA obyektləri atəşə tutulur. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31