Putindən Mahaçqaladakı iğtişaşlara REAKSİYA

ABŞ Rusiyanı daxildən parçalamaq, zəiflətmək və çaşqınlıq yaratmaq istəyir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Mahaçqaladakı iğtişaşlar barədə danışarkən deyib.

"Yaxın Şərqdəki faciənin arxasında kimin dayandığını real dəyərləndirmək lazımdır. Bunlar ABŞ və onun sattelitləridir. ABŞ zəifləyir və mövqeyini itirir, amerikansayağı dünya keçmişdə qalır. Birləşmiş Ştatlar qlobal diktaturasını genişləndirmək istəyir və Rusiyada və digər rəqiblərində xaos vasitəsilə sabitliyi pozmağı gözləyir", - Putin vurğulayıb.

Rusiya lideri qeyd edib ki, Rusiya çoxqütblü dünyanın qurulmasının ədalətli prosesində liderlərdən biridir və onun uğrunda döyüş meydanında mübarizə aparır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31