Türkiyənin Kahramanmaraş vilayətində 4.2 bal gücündə zəlzələ baş verib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 7,07 km dərinlikdə yerləşib.