Ukrayna bir aya məğlub ola bilər - Makqovern
30 Oktyabr 2023 21:05 DünyaUkrayna Silahlı Qüvvələri yaxın gələcəkdə Rusiya qarşısında tab gətirə bilməyəcək.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Rey Makqovern deyib.
Onun fikrincə, rus qoşunları şaxta başlayan kimi Dnepr çayının o biri tərəfinə keçə bilər və bu, artıq təxminən bir aya mümkündür:
"ABŞ Prezidenti Bayden səhvini etiraf etməli olacaq. O, Moskvanın guya uduzduğunu demişdi, amma Rusiya qalib gəlir".
Analitikin sözlərinə görə, ABŞ Konqresi Ukraynaya yeni hərbi yardım paketini təsdiqləsə belə, bu, Ukrayna ordusunun mövqeyinə təsir etməyəcək:
"Yaxın aylarda Kiyev hakimiyyəti son məğlubiyyətlə üzləşə bilər".
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31