"SOCAR Türkiye" şirkətinin neft emalı zavodu neft koksu istehsalını əhəmiyyətli dərəcədə artırıb
30 Oktyabr 2023 20:37 Dünya"SOCAR Türkiye" şirkətinin neft emalı zavodunda (NEZ) neft koksu istehsalı 2023-cü ilin avqust ayında illik hesablamada 18,7 faiz artıb.
Olaylar.az Trendə istinadən- xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) qiymətləndirmələrinə görə, NEZ bu ilin avqust ayında 2022-ci ilin analoji dövründəki 63 min 770 tonla müqayisədə 75 min 670 ton neft koksu istehsal edib.
SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.
Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb. STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.