Almaniyada hakim koalisiyanın məhv edilməsi riskinə eyham vurdular - ÖZƏL

Olaylar.az "Bild"-ə istinadən xəbər verir ki, Sosial Demokratlar və Yaşıllar partiyası ilə birlikdə hakim koalisiyaya daxil olan Azad Demokrat Partiyasının (FDP) regional siyasətçiləri partiya rəhbərliyini Almaniya hökumətini tərk etməyə çağırır.

Nəşrin məlumatına görə, analoji çağırışla məktuba torpaq və bələdiyyə səviyyəsində 26 siyasətçi imza atıb.

Mətndə deyilir: "Biz FDP-nin bu hökumətin süqutu ilə məhv olmasını istəməyən bir qrup fədakar FDP üzvləriyik".

Bild-in qeyd etdiyi kimi, belə müraciətə səbəb hakim koalisiyanın reytinqlərinin aşağı düşməsi və Hessen və Bavariya ştatlarında keçirilən seçkilərdə partiyaların zəif nəticələri olub. Nəşr vurğulayır ki, FDP nümayəndələrinin nöqteyi-nəzərindən səsvermənin mənfi nəticəsi Almaniya Nazirlər Kabinetinin siyasətindən məyus olan seçicilərin "ədalətli cəzası" olub.

Bundan əvvəl Almaniyada hakim koalisiyanın reytinqi rekord həddə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31