Hakan Fidan AB səfirləri ilə görüşdü

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Birliyi (AB) ölkələrinin Ankaradakı diplomatik nümayəndələri və səfirləri ilə görüşüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə AB-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və birliyə üzv ölkələrin Ankaradakı səfirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Hakan Fidan münasibətlərin yenidən canlandırılmasında Türkiyənin AB-yə üzvlük prosesinin, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin Ankara üçün prioritet olduğunu deyib. Türkiyənin bu məsələlərdə qətiyyətini qeyd edən nazir AB-nin verdiyi müsbət mesajların həyata keçirilməsinə ehtiyac olduğunu xatırladıb.

Görüş zamanı qanunsuz miqrasiya, terrorla mübarizə, Türkiyə-AB münasibətləri, İsrail-Fələstin münaqişəsi, bölgədəki vəziyyət, həmçinin Rusiya-Ukrayna qarşıdurması kimi aktual məsələlər də gündəmə gətirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31