Dağıstan beynəlxalq rəqəmsal forumu təxirə salmaq qərarına gəlib - ÖZƏL
30 Oktyabr 2023 19:58 DünyaDağıstanın Rəqəmsal İnkişaf Nazirliyi bəyan edib ki, noyabrın 2-3-də respublikada keçirilməsi planlaşdırılan Beynəlxalq Rəqəmsal Forumun iki həftə təxirə salınması qərara alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Caspian Digital Forum 2023-cü il noyabrın 16-17-nə təxirə salınıb", - deyə departamentdən bildirilib.
Nəşr qeyd edir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Hindistan və Qətər təmsilçiləri iştirak edəcək. Forumun mərkəzi mövzusu "Şimal-Cənub" layihəsi çərçivəsində rəqəmsal xidmətlərin və platformaların inkişafı və tətbiqidir.
Bundan əvvəl Dağıstan Turizm Sənayesi Assosiasiyasının prezidenti Saadula Ömərov Mahaçqala hava limanındakı iğtişaşların Dağıstanın turizm sənayesinə son qoya biləcəyini deyib.
Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdən Dağıstana gələn müntəzəm reyslə əlaqədar Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Yüzlərlə insan hava limanının binasına və aerodroma daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları sıxışdırıb çıxara biliblər.
Son məlumatlara görə, insident nəticəsində polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti, eləcə də dini liderlər hadisəni pisləyib və onu kənar təxribatla əlaqələndiriblər. Kreml həmçinin Mahaçqaladakı iğtişaşları "xarici təsir"lə əlaqələndirib.
Bundan əvvəl Dağıstanda izdiham İsraildən gələn şəxsin sənədlərini götürüb.