Avtobusa hücum nəticəsində 9 nəfər xəsarət alıb - ÖZƏL + FOTO
30 Oktyabr 2023 19:46 DünyaOlaylar.az türk mediasına istinadən xəbər verir ki, Fransa Birinci Futbol Liqasında dünən oynanılması planlaşdırılan Marsel-Lion matçı öncəsi qalmaqallı hadisə yaşanıb. Qonaq komandanın baş məşqçisi Fabio Qrossonun üzündən yaralanmasına səbəb olan zorakılıqda 9 nəfər saxlanılıb. Qarşılaşmadan əvvəl Marselin Orange Velodrom stadionuna yola düşən Lion komandasının avtobusu Marsel azarkeşlərinin hücumuna məruz qalıb. Lionun baş məşqçisi Fabio Qrosso avtobusa hücum nəticəsində xəsarət alıb. Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, dünənki hadisələrdə Qrossodan başqa 5 polis əməkdaşı yaralanıb, 9 nəfər saxlanılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31