Aİ Rusiya almazlarına qarşı sanksiyalarla bağlı G7 ilə hələ razılaşmayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı hələ də G7 ölkələri ilə rus almazlarına qarşı sanksiyaları müzakirə edir. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Daniel Şeridan Ferri Brüsseldə keçirdiyi mətbuat konfransında  bildirib.

Ondan Yaponiyanın Osaka şəhərində keçirilən son iclasda G7 ticarət departamentlərinin rəhbərlərinin rus almazlarına qarşı sanksiyaların tətbiqi mövzusunu müzakirə edib-etmədikləri soruşulub .

"Mən yalnız təsdiq edə bilərəm ki, G7 tərəfdaşları ilə danışıqlar aparılır, biz yalnız hadisələrin inkişafını gözləyə bilərik, başqa təfərrüatlar hələ yoxdur".

Avropa Şurasının rəhbəri Çarlz Mişel oktyabrın əvvəlində bəyan edib ki, Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyaların tətbiqi məsələsini fəal şəkildə nəzərdən keçirir . Bunu daha sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də təsdiqləyib . Onun sözlərinə görə, Aİ ölkələri G7 tərəfdaşları ilə sıx koordinasiyada Rusiyanın almaz hasilatı və satışından əldə etdiyi gəliri kəsmək yollarını öyrənirlər.

Eyni zamanda, Macarıstan kimi bəzi Aİ dövlətləri Aİ-nin Moskvaya qarşı mövcud sanksiya siyasətini davam etdirməli olduğuna əmin deyillər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31