Çin ordusu Rusiya silahlı qüvvələri ilə əməkdaşlığı gücləndirəcək - ÖZƏL
30 Oktyabr 2023 19:03 Dünya"Çin Xalq Azadlıq Ordusu Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirməyi planlaşdırır".
Olaylar.az xəbər verir ki, bunu Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavini, general-polkovnik Zhang Youxia bildirib."Biz Rusiya ordusu ilə strateji etimadı və əməkdaşlığı dərinləşdirməyə davam edəcəyik" - o, deyib.
Zhang Youxia Çinin əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığı ölkələr siyahısında birinci olaraq Rusiyanın adını çəkib. O, həmçinin bildirib ki, AXC ABŞ Silahlı Qüvvələri ilə münasibətləri qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31