COVID-19-un ən təhlükəli nəticələri

COVID-19-un ən təhlükəli nəticələrindən biri infarkt və insult riskinin artmasıdır.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bunu rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov açıqlayıb.

Kryuçkovun dediyi kimi, 2023-cü ildə ən çox yayılmış ştamlar çox yüksək yoluxuculuğu ilə xarakterizə olunan "Omicron" olub. Həkim xəbərdarlıq edib ki, bu ştamlar infarkt və insult riskini artırıb. 

İlk növbədə, söhbət uzun müddətli COVID-19-a yoluxanlardan, ürək-damar xəstəliklərinin inkişaf  riski yüksək olanlardan gedir.

Həkim qeyd edib ki, bu mərkəzi sinir sisteminin neyrodegenerativ xəstəlikləri və oğlanlarda xayaların zədələnməsi ilə nəticələnə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31