“HƏMAS söz verib, əsirlər qaytarılacaq” – İran

İran xarici işlər nazirliyinin sözçüsü Nasser Kenani İsrail vətəndaşı olmayan əsirlərin azad edilməsi ilə bağlı HƏMAS-la danışıqlar apardıqlarını açıqlayıb.
Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kenani həftəlik mətbuat konfransında bununla bağlı açıqlama verib. 
O deyib ki, İsrail vətəndaşı olmayan və münaqişə tərəfi olmayan əsirlərlə bağlı HƏMAS-la danışıqlar aparıblar. Kenani deyib ki, danışıqlar zamanı HƏMAS-dan müsbət cavab alıblar.  (Sfera.az )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31