Bu, Netanyahunun siyasi karyerasının sonu olacaq
30 Oktyabr 2023 16:48 DünyaHƏMAS və İsrail arasındakı münaqişənin sonu ölkənin hazırkı Baş naziri Benyamin Netanyahunun siyasi karyerasının sonu olacaq.
Olaylar.az bildirir ki, bu barədə "Voll Strit Jurnal" partiya rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, o, "Likud" partiyasının rəhbəri postunu tərk edəcək və İsrailin Baş naziri postundan istefa verəcək:
"Netanyahu üçün bu, oyunun sonudur. Əksini deyən çox az adam tapa bilərsiniz".
Qeyd olunur ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi Baş nazirin son illərdə qurduğu bütün təhlükəsizlik siyasətini sual altına alıb. Kəşfiyyat və digər təhlükəsizlik orqanlarının uğursuzluğu Netanyahunun mövqeyini zəiflədir, lakin bütün siyasi qərarlar tərəflər arasında qarşıdurma bitdikdən sonra veriləcək. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31