HƏMAS-ın qaçırdığı qızın öldürüldüyü rəsmən təsdiqləndi - FOTO

Həmas tərəfindən qaçırılan Şani Luk ölüb.

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya vətəndaşı Şani Loukun bacısı "Bacımın ölümünü kədərlə elan edirik" deyib.

22 yaşlı Loukun ölümü ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Xatırladaq ki, Şani Luk oktyabrın 7-də HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatı zamanı HƏMAS üzvlərinə aid olduğu deyilən pikap maşınının arxasında yarıçılpaq və hərəkətsiz görünən Alman vətəndaşı idi.  (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31