Ermənistanda qəbiristanlıq direktoru rüşvətə görə həbs olundu
30 Oktyabr 2023 14:03 Dünyaİrəvanda qəbiristanlıq direktoru rüşvətxorluq şübhəsi ilə həbs olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İşin materiallarına əsasən, qəbiristanlıq direktoru İrəvanın Nork-Maraş inzibati rayonunda qohumunu dəfn etmək istəyən bir vətəndaşdan qəbir yerinin qarşılığında 2,5 min dollara rüşvət alıb.
Sözügedən şəxsin başqa bir vətəndaşdan isə qəbir yeri ayırmaq üçün vasitəçi yolu ilə 2 min dollar rüşvət aldığı deyilir.
Rüşvət almaqda ittiham olunan qəbirstanlıq direktoru ilə yanaşı, ona rüşvət verən şəxslər və "sövdələşmə"də vasitəçilik edən şəxs də saxlanılıb. İlkin istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31