Ermənistanın dövlət borcu artacaq
30 Oktyabr 2023 12:49 DünyaErmənistanın dövlət borcu 2024-cü ilin sonunda artaraq ümumdaxili məhsulun (ÜDM) 47 faizindən 48,4 faizinə çatacaq.
Olaylar.az xəbər verir ki, Ermənistan hökumətinin dövlət büdcəsinin məlumatları bunu təsdiqləyir.Qeyd edək ki, Ermənistanın dövlət borcu 31 avqust 2023-cü il tarixinə 11 milyard 387 milyon dollara çatıb.Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlər qarşısındakı xarici borcu isə dollar ifadəsində 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb. Bundan başqa, Ermənistanın Mərkəzi Bankının dollarla borcu da 1,5 faiz və ya 8,5 milyon dollar artıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31