Dağıstan rəhbəri Mahaçqala aeroportunda baş verən iğtişaşları xəyanət kimi qiymətləndirir - ÖZƏL

Dağıstanın rəhbəri Sergey Melikov region paytaxtının hava limanında bazar günü baş vermiş iğtişaşları xəyanət və satqınlığın zirvəsi kimi qiymətləndirib.

"Mən xəyanət və satqınlıqdan danışmaq istərdim, çünki dünən baş verənlər xüsusi təyinatlı hərbi əməliyyat zonasında ölkəni qoruyan əsgərlərimizin kürəyindən bıçaq zərbəsi kimi idi. Belə çıxır ki, onlar düşmənimizə qarşı vuruşarkən, qondarma aksiyada iştirak edənlər düşmən tərəfinə oynayırdılar, bunu ancaq xəyanət kimi qələmə vermək olar", - deyə Məlikov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31