Dağıstandakı iğtişaşlardan sonra Şimali Qafqazda hava limanları normal rejimdə işləyir - ÖZƏL

"Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin hava limanları Dağıstanda baş verən son iğtişaşlardan sonra adi qaydada işləməyə davam edir". 

Olaylar.az xəbər verir ki, bunu aeroport rəsmiləri bildiriblər. Qroznı, Maqas, Vladiqafqaz və Nalçikdə vəziyyət sabitdir.

"Əməliyyatlarda və təhlükəsizlik tədbirlərində heç bir dəyişiklik edilməyib", - Nalçik hava limanının nümayəndəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31