15,6 milyardlıq dövlət zərəri müəyyən edilib - ÖZƏL
30 Oktyabr 2023 12:35 DünyaTürkiyədə yanacaq növlərində 15,6 milyard lirəlik dövlət zərəri müəyyən edilib. "OLAYLAR" Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, bu faktı yanacaq qaçaqmalçılığı ilə mübarizə aparan Xüsusi Qrup aşkarlayıb. Qrupun 1800 şirkət üzərində apardığı araşdırma nəticəsində belə bir göstərici ortaya çıxdığı məlum olub.
Qeyd edək ki, Ticarət Nazirliyinin tərkibində sözügedən qrup 2014-cü ildə yaradılıb. Bundan başqa nazirlik müntəzəm olaraq Yanacaq Qaçaqmalçılığına Qarşı Mübarizə üzrə Tədbirlər Planı həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31