“Vaqner”dən KRİTİK QƏRAR - Rusiya ilə fərdi şəkildə..

"Vaqner" özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə keçib. Olaylar.az xəbər verir ki, bu barədə ÖHŞ-nin rəsmi "Telegram" kanalı məlumat yayıb. Məlumatda qeyd olunub ki, bütün "Vaqner"çilərlə fərdi şəkildə müqavilələr imzalanıb. "Vaqner"in bütün strukturu, iş qaydası və komandirləri saxlanılırlar.

"Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə eyni şəkildə həyata keçirilir", - deyə məlumatda qeyd olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31