İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son bir neçə gün ərzində İsrail Müdafiə Qüvvələrinin bölmələri quru əməliyyatlarını genişləndirərək HƏMAS-ın Qəzza zolağındakı 600-dan yuxarı hədəfinə zərbələr endirib.

Bundan başqa, İsrail əsgərlərinin tunellərdə barrikadalar quraraq, Qəzza zolağında hərbçilərə hücum etməyə çalışan HƏMAS döyüşçülərini zərərsizləşdirdiyi qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31