İran prezidenti İƏT-ə üzv dövlətlərin rəhbərlərinə çağırış etdi
30 Oktyabr 2023 10:23 Dünyaİslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin rəhbərlərinin görüşü İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün atılmalı daha vacib bir addımdır.
Olaylar.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında deyib.
Rəisi BMT Baş Assambleyasının Qəzzadakı müharibəyə dair yeni qətnaməsini mühüm nailiyyət adlandırıb.
Onun sözlərinə görə, münaqişənin bitməsinə yönəlmiş addımlar çərçivəsində, həmçinin, İƏT-ə üzv dövlətlərin başçılarının görüşü təşkil olunmalıdır. (İran)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31