ABŞ Fələstin-İsrail münaqişəsi zonasına qoşun yeritməyi planlaşdırmır.
Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Kamala Harris deyib.
"Bizim heç bir niyyətimiz yoxdur, İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərmək planımız yoxdur", - deyə o qeyd edib.
"CBS" telekanalının verdiyi məlumata əsasən, K.Harris ABŞ-ın İsrailə nə edəcəyini söyləmədiyini, eyni zamanda avadanlıq və diplomatik dəstək verdiyini vurğulayıb. (Trend)