Müharibənin yayılması realdır - ABŞ-dan xəbərdarlıq
30 Oktyabr 2023 10:13 DünyaFələstin-İsrail münaqişəsinin gərginləşməsi təhlükəsi ABŞ-da real olaraq qəbul edilir.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük, hazırda münaqişənin regiona yayılmaması üçün regionun digər ölkələri ilə işləyirik, lakin bu təhlükə realdır", - o bildirib.
O vurğulayıb ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin qızışmasının qarşısını almaq üçün ciddi, sistemli və davamlı addımlar atır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31