Havaya atəş açmaq istədi, oğlunu vurdu
30 Oktyabr 2023 10:14 DünyaCümhuriyyətinin 100 illiyi bütün Türkiyədə coşğu ilə qeyd olunur.
Olaylar.az xəbər verir ki, bayramı təntənə ilə qeyd edən Bursa sakinləri arzuolunmaz bir hadisə yaşayıblar.
Belə ki, şənlik zamanı havaya atəş açan Yaşar B. səhvən skamyada oturan oğlu Furkan B.-ni vurub. Nəticədə gənc oğlan boynundan yaralanıb. Ətrafdakı insanlar tərəfindən xəstəxanaya aparılan Furkan B.-nin səhhətinin yaxşı olduğu öyrənilib.
Yaşar B. saxlanılıb, jandarma hadisə ilə bağlı araşdırma aparır. (Gundem.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31