Mahaçqala hava limanı müvəqqəti bağlanıb
29 Oktyabr 2023 23:30 DünyaRusiyanın Mahaçqala hava limanı fəaliyyətini dayandırıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.
Məlumata görə, hava limanının müvəqqəti bağlanması aerodrom ərazisinə icazəsiz girişlə əlaqədardır.
Qeyd olunub ki, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31