Rusiya səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb
29 Oktyabr 2023 23:04 DünyaRusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.
Bildirilib ki, HƏMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı səfirə etiraz edilib.
İsrail Xarici İşlər Nazirliyi qeyd edib ki, "oktyabrın 7-də törədilən qanlı terror aktı, girov götürülməsi və 1400-dən çox israillinin öldürülməsinə görə bilavasitə məsuliyyət daşıyan HƏMAS liderlərini qəbul etmək israillilərə qarşı terroru qanuniləşdirmək təəssüratı yaradır".
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.