ABŞ-da Hellouin şənliklərində baş verən atışmalarda 10-a yaxın şəxs ölüb

ABŞ-da Hellouin şənliklərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "NBC" televiziya şirkəti bildirib.

Müxtəlif şatatlarda baş verən insidentlər zamanı 10-a yaxın şəxs ölüb.

Hadisələr ən çox Florida və İndiana ştatlarında cərəyan edib. Yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərində 60-dan çox insan isə yaralanıb.

Hellouin ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur, lakin bu tarix 2023-cü ildə iş gününə düşdüyü üçün ABŞ-nin bir çox şəhərlərində şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31