Qazaxıstanda şaxtada baş verən partlayışda ölənlərin sayı 45-ə çatıb (ƏLAVƏ OLUNUB)

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

XXX

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 36 nəfərə çatıb

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə mədənin sahibi olan "ArselorMittal Temirtau" şirkəti məlumat yayıb.

"Hazırda 36 nəfərin ölməsi təsdiqlənib, 10 şaxtaçı hələ də itkin düşüb", - deyə şirkət qeyd edib.

xxx

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 35 nəfərə çatıb.

Olaylar.az Trend xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir", - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Qəza anında şaxtada 252 nəfər olub.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31