Türkiyədə on mərtəbəli iki bina yerlə-yeksan edildi – VİDEO
29 Oktyabr 2023 18:25 DünyaKahramanmaraş mərkəzli zəlzələlərdə böyük ziyan görən Hatayda söküntü işləri davam edir.
Olaylar.az olke.az-a istinadən xəbər verir ki, Antakya bölgədə ən çox dağıntıların olduğu rayonlardan biridir. Rayonun Günyazı adlı ərazisində on mərtəbəli iki bina dinamitin köməyi ilə dağıdılıb. Vətəndaşlar partlayış və dağıntı anını maraqla izləyiblər.
Binanın partladılması zamanı heç bir xoşagəlməz hadisə baş verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31