Ərdoğan vətəndaşları İstanbul Boğazına ÇAĞIRDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün vətəndaşları Cümhuriyyətin 100-cü ildönümü qeyd etmələri çərçivəsində İstanbul Boğazında keçiriləcək parada dəvət edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb:

"Cümhuriyyətimizin 100-cü ildönümünün həyəcanını və qürurunu yaşadığımız bu tarixi gündə Boğazda pilotsuz təyyarələr, atəşfəşanlıq və işıq şouları nümayiş etdirəcək, 100 döyüş gəmisi və döyüş təyyarəmizlə möhtəşəm parad keçirəcəyik".

Ərdoğan yerli saatla 16:00-dan başlayaraq yeddidən yetmişə qədər hər kəsi bayraqları ilə Boğaza dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31