"Ağbəniz" filminin ilk kadrı yayımlandı - FOTO
29 Oktyabr 2023 18:04 Dünya"Disney" 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" klassik cizgi filminin film adaptasiyasından ilk rəsmi kadrı təqdim edib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, görüntüdə Latın Amerikalı aktrisa Reyçel Zeqlerin canlandırdığı baş qəhrəman meşə daxmasında yeddi cırtdanla əhatə olunub vəziyyətdə qeyd olunub.
Filmin premyerası 2024-cü ilin martından 2025-ci ilin martına təxirə salınıb. Təxirə salınmanın rəsmi səbəbi Hollivud aktyorlarının davam edən tətilidir. Lakin "Disney"-in qərarına filmin anonsunun çoxsaylı qalmaqallarla yadda qalmasının təsir etdiyi vurğulanıb.
Aktrisanın tənqid olunmasına səbəb isə açıqlaması olub. Bəzi internet istifadəçiləri aktrisanın 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" cizgi filmini son dərəcə köhnəlmiş adlandırmasını klassikə hörmətsizlik kimi qəbul ediblər.
.png)