Livanda raket BMT sülhməramlılarının qərargahına düşdü
28 Oktyabr 2023 22:31 DünyaLivanın cənubunda münaqişə tərəflərindən birinin atdığı raket Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına düşüb.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti "Telegram" kanalında məlumat verib.
"Xoşbəxtlikdən xəsarət alan olmasa da, maddi ziyan dəyib. Mavi dəbilqəlilərin komandanlığı indi insidentdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirir", - deyə o bildirib.
Tenenti əlavə edib ki, bu, ilk belə hal deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31