Ukraynadan qaz tranziti ilə bağlı açıqlama
28 Oktyabr 2023 20:52 DünyaOlaylar.az lenta.ru-a istinadən xəbər verir.
Ukrayna 2024-cü ilin sonunda başa çatan Rusiya qazının öz ərazisi ilə Aİ-yə tranziti ilə bağlı müqaviləni yeniləməkdən imtina edib. Bu barədə Ukraynanın "Naftoqaz" neft-qaz şirkətinin rəhbəri açıqlama verərək bildirib ki, bu tranzitin davam etdirilməsinə təşəbbüs göstərilməyəcək, müqavilə başa çatdıqdan sonra tranzit dayanacaq. Çernışev əlavə edib ki, Ukrayna yalnız avropalı həmkarlarını dəstəkləmək məqsədilə öz ərazisi ilə Rusiya qazını Avropaya çatdırmağa davam edəcək.
Bundan əvvəl prezident Vladimir Putin Rusiyanın Qərb ölkələrinə qaz tranziti üçün Ukraynaya pul ödəməsini izah edərək deyib ki, biz həmkarlarımız qarşısında öhdəliklərimizi yerinə yetirməliyik. Bu səbəbdən düşmənin müdafiə qabiliyyətinin güclənməsi ilə bağlı şərhə cavab olaraq prezident cavab verib ki, Rusiyanın maliyyə vəziyyəti də güclənir.