Kayseridə 1 ton mantı ilə dünya rekordu

Kayseridə Rəcəb Tayyib Ərdoğan Milli Bağçasında açılan Qastronomiya Günləri tədbiri rəngli görüntülərə şahidlik edib.

Olaylar.az ensonhaber.com-ə istinadən xəbər verir.

Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirdə tək qazanda 1 ton mantı bişirməklə dünya rekordu qırılıb. Kayseri Restoranlar və Şirniyyatçılar Palatasının Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təşkil etdiyi tədbir bu maraqlı rekord ilə yadda qalıb.

Bir qaşığa 40-dan çox sığan mantısı ilə məşhur olan Kayseridə hazırlanan bir ton mantı vətəndaşların marağına səbəb olub.

Onlarla vətəndaş mantı yemək üçün növbə gözləyərkən 1 ton bişmiş mantı qısa müddətdə hazır olub. Kayseri Restoran və Xəmir Palatası Başçısı Altan Aydemir tədbir haqqında məlumat verərək deyib ki, 3 gün bu tədbirə hazırlıq işləri görülüb. Cümhuriyyətin 100 illiyinə həsr edilən tədbirin mahiyyəti Kayserinin bu özünəməxsus təamını dünyada tanıtmaqdan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31