Lavrovdan İsrail-Fələstin münaqişəsi ilə bağlı AÇIQLAMA: “Fəlakət yaradacaq”

"Rusiya İsraillə təmasdadır".

Olaylar.az bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ölkəsinin İsrailə Qəzzada sülh vasitəsilə həll yolu axtarmağın vacibliyi barədə siqnallar verdiyini söyləyib.

"İsrailə qarşı tamamilə qəbuledilməz terror aktı gerçəkləşdirildi. Bu ölkə açıq şəkildə cavablarının amansız olacağını və HƏMAS-ı məhv edəcəklərini elan etdi. Amma bunu Qəzzanın mülki əhalisinin əksəriyyətini məhv etmədən reallaşdırmaq mümkün deyil".

Lavrov qeyd edib ki, Qəzza dağılarsa, o cümlədən iki milyon insan oradan qovularsa, bu, onilliklər, hətta əsrlər boyu fəlakət yaradacaq: "Biz blokadada olan əhalini xilas etmək üçün humanitar proqramlar müəyyənləşdirməliyik. Orada su, işıq, yemək yoxdur". (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31