“İsrailin quru əməliyyatı cəhdi uğursuz oldu” - HƏMAS
28 Oktyabr 2023 14:06 Dünya"İsrail ordusunun qurudan hücumu uğursuzluqla nəticələnib".
Olaylar.az bildirir ki, bu barədə HƏMAS hərəkatının rəhbərliyi məlumat yayıb. "Düşmən əsgər və texnikada böyük itki verib", - HƏMAS teleqram kanalında qeyd edib.
Bundan əvvəl İsrailin Qəzza zolağında quru əməliyyatlarını genişləndirdiyi məlum olub. İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari hava qüvvələrinin yeraltı hədəflərə və HƏMAS obyektlərinə hücum etdiyini bildirib. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31