İrandan ABŞ-yə HƏDƏ: “İsrailə dəstəyi dayandırmasalar...”
28 Oktyabr 2023 11:50 Dünya"ABŞ İsrailə dəstəyini dayandırmasa, yeni cəbhələr yaradacağıq".
Olaylar.az bildirir ki, bunu İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. O, fikirlərini bu cür ifadə edib:
"ABŞ başqalarına təmkinli davranmağı tövsiyə edir, lakin özləri İsraili tam dəstəkləyirlər. Birləşmiş Ştatlar indiyə qədər etdiklərini davam etdirsə, o zaman ABŞ-yə qarşı yeni cəbhələr açılacaq", - o bildirib.
Xarici İşlər naziri vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi Vaşinqtonun növbəti addımlarından asılı olacaq. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31