Qazaxıstanda şaxtada baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb
28 Oktyabr 2023 11:27 DünyaQazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinin icraçı direktoru Viktor Qafiulov məlumat verib.
"20 şaxtaçının cəsədi aşkarlanıb. 40 nəfər əvvəlki kimi şaxtadadır", - o vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Qəza anında şaxtada 252 nəfər olub.
Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31