Keçmiş baş nazir aparıcılıq edəcək
28 Oktyabr 2023 10:53 DünyaBöyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə "GB News" telekanalının efirində veriliş aparacaq.
Olaylar.az-ın xəbərinə görə, Conson bu barədə özünün "X" sosial şəbəkəsində məlumat verib.
Keçmiş baş nazir qeyd edib ki, verilişdə Rusiya, Çin, Ukraynadakı müharibə barəsində düşüncələrini və qarşıdakı imkanlar barədə fikirlərini bölüşəcək.
Qeyd edək ki, Boris Conson həm də bu ilin yayından Böyük Britaniyanın "Daily Mail" qəzetində köşə yazarıdır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31