Ərdoğandan əhaliyə Fələstin çağırışı

Bu gün İstanbulda keçiriləcək Fələstinə dəstək mitinqində vətəndaşları iştirak etməyə çağırıram.

Olaylar.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

"Xalqımızın hər bir nümayəndəsini Atatürk Hava Limanında keçirəcəyimiz "Böyük Fələstin mitinqi"nə dəvət edirəm. Fələstinli qardaşlarımıza həmrəy olduğumuzu dünyaya nümayiş etdirməliyik", - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan mitinqə xarici ölkə liderləri də dəvət edilib. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31