İsrail və ABŞ müdafiə nazirləri Qəzzanı müzakirə etdilər
28 Oktyabr 2023 10:20 Dünyaİsrail müdafiə naziri Yoav Qalantla amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, tərəflər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını müzakirə ediblər.
Ostin İsrail ordusunun əməliyyatları zamanı mülki şəxslərin qorunmasının və Qəzza zolağında mülki şəxslərə humanitar yardımın dərhal çatdırılmasına diqqət yetirməyin vacibliyini vurğulayıb. O, HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyinə də diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31