Boris Conson aparıcılıq edəcək
27 Oktyabr 2023 23:33 DünyaBritaniyanın sabiq Baş naziri Boris Conson "GB News" telekanalında aparıcı olacaq.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu ilin əvvəlində deputat vəzifəsini tərk edən Conson xəbər kanalında aparıcı, proqramçı və şərhçi kimi çalışacaq.
O, gələn il Böyük Britaniya və ABŞ seçkilərinin işıqlandırılmasında "əsas rol oynayacaq".
"Daily Mail"də də köşə yazıları yazan Conson yeni ildə işə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31